BAKI, 20 may. TELEQRAF

Türkiyə təmsilçisi “Fənərbağça”nın futbolçusu Milan Şkrinyar karyerasını İspaniyanın “Real Madrid” klubunda davam etdirə bilər.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Joze Mourinyonun “kral klubu”na mümkün təyinatından sonra ilk transfer hədəflərindən birinin slovakiyalı müdafiəçi olacağı bildirilir.

63 yaşlı mütəxəssis müdafiə xəttinin lideri kimi məhz Şkrinyarı görür. Daha əvvəl “İnter” və PSJ-də çıxış etmiş 31 yaşlı futbolçu Mourinyonun "Fənərbağça"nın baş məşqçisi olduğu zamanlarda ən çox güvəndiyi oyunçulardan olub.

İddialara əsasən, “Real Madrid”dən rəsmi təklif gələcəyi halda “Fənərbağça” transferə mane olmayacaq.

Qeyd edək ki, ötən yaydan “Fənərbağça”da çıxış edən Milan Şkrinyarın müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.