BAKI, 20 may. TELEQRAF

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün yekunlarına əsasən “Bornmut” UEFA Avropa Liqasına vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Andoni İraolanın rəhbərlik etdiyi komanda bunu XXXVII turda “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra rəsmiləşdirib.

Hazırda 56 xalla 6-cı pillədə qərarlaşan “albalılar” mövsümün son turu öncəsi 7-ci yerdən aşağı düşməyəcək.

Beləliklə, 127 il əvvəl əsası qoyulan “Bornmut” tarixində ilk dəfə avrokuboklarda çıxış etmək hüququ əldə edib.