BAKI, 20 may. TELEQRAF
Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, həlledici qarşılaşmada Almaniya təmsilçisi "Frayburq" ilə İngiltərə klubu "Aston Villa" üz-üzə gələcək.
Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının finalı hər iki komanda üçün tarixi əhəmiyyət daşıyır. “Frayburq” tarixində ilk dəfə bu turnirin kubokunu qazanmağa çalışacaq.
“Aston Villa” isə uzun illərdən sonra Avropa səhnəsində böyük uğura imza atmaq istəyir. İngiltərə klubu mövsüm boyu stabil çıxışı ilə diqqət çəkib və finala qədər güclü rəqibləri mübarizədən kənarlaşdırıb.
İstanbuldakı "Beşiktaş Park" stadionunda baş tutacaq matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.
UEFA Avropa Liqası
20 may
Final
23:00. "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə)
Baş hakim: Fransua Leteksye (Fransa)
"Beşiktaş Park".