BAKI, 18 may. TELEQRAF
İspaniya təmsilçisi “Barselona” Ukraynanın “Şaxtyor” klubunun braziliyalı futbolçusu Kauan Eliası transfer edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
20 yaşlı hücumçu Kataloniya klubunu mövsümün sonunda tərk edəcəyini açıqlayan Robert Levandovskinin potensial əvəzi kimi də qiymətləndirilir.
Futbolçunu “Qalatasaray” və digər Avropa klubları da yaxından izləyir. Donetsk klubu 20 yaşlı forvard üçün təxminən 40 milyon avro tələb edir.
Transfermarkt portalı onun dəyərini 15 milyon avro olaraq göstərir.
Qeyd edək ki, braziliyalı hücumçu cari mövsüm “Şaxtyor”un heyətində 36 oyuna çıxaraq 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.