BAKI, 18 may. TELEQRAF

“Qızıl top”un sahibi Usman Dembelenin Fransa çempionatında zədələnməsi PSJ-də narahatlıq yaradıb.

Teleqraf xəbər verir ki, fransalı hücumçu “Pari”yə qarşı oyunun ilk hissəsində zədə səbəbindən meydanı tərk edib.

Dembelenin əvəzinə 27-ci dəqiqədə Qonsalu Ramuş oyuna daxil olub.

Qeyd edək ki, PSJ Fransa çempionluğunu vaxtından əvvəl təmin edib. Paris təmsilçisi mayın 30-da keçiriləcək Çempionlar Liqasının finalında İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.

Budapeştdə baş tutacaq final görüşü öncəsi Dembelenin durumunun necə olacağı hələlik açıqlanmayıb.

29 yaşlı futbolçu 2023-cü ildən PSJ-də çıxış edir. O, 2025-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.

Dembelenin aktivində dünya çempionluğu və dünya çempionatının gümüş medalı da var.