BAKI, 17 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” komandası mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, çempiona qızıl medallar XXXII turda “Neftçi” ilə oyundan sonra (1:2) təqdim olunub.

Medalları AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Qeyd edək ki, “Sabah” həm də Azərbaycan Kubokunun qalibi olaraq 2025/2026 mövsümünü “qızıl dubl”la başa vurub.