BAKI, 17 may. TELEQRAF

“Bu oyunu təhlil etməyəcəyik. Çünki çempionluğu qeyd edəcəyik”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib:

“Həftəiçi çox şey baş verdi. Azərbaycan Kubokunun qalibi olduq, oyundan sonra çox emosiya yaşadıq. Ona görə bu oyuna köklənmək çətin idi. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. Meydançada rəqiblə başabaş mübarizə apardıq. Biz səhv etdik, rəqib yararlandı. Onlar səhv edəndə isə biz yararlana bilmədik”.