BAKI, 17 may. TELEQRAF
“Əl-Nəsr”in hücumçusu Cristiano Ronaldu Asiya Çempionlar Liqasının ikinci divizionunun finalında komandasının məğlubiyyətindən sonra mükafatlandırma mərasiminə qatılmayıb.
Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” final qarşılaşmasında Yaponiyanın Gamba Osaka klubuna 0:1 hesabı ilə uduzub.
Məlumata görə, portuqaliyalı futbolçu oyundan sonra keçirilən mükafatlandırma mərasimində iştirak etməyib.
41 yaşlı Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”in formasını geyinir. O, klubla indiyədək yalnız Ərəb Çempionlar Kubokunun qalibi olub.
Qeyd edək ki, Ronaldu futbol tarixinin ən məhsuldar bombardirlərindən biri hesab olunur və beşqat “Qızıl top” mükafatının sahibidir.