BAKI, 16 may. TELEQRAF
Adı "Fənərbağça” ilə hallanan Meyson Qrinvudla bağlı yeni iddia ortaya çıxıb.
Teleqraf “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, “Roma” “Marsel”in hücumçusunu heyətinə qatmaq istəyir.
Məlumata görə, İtaliya klubunun baş məşqçisi Can Pyero Qasperini 24 yaşlı ingilis futbolçunu əsas transfer hədəflərindən biri kimi görür. Mütəxəssisin Qrinvudu hücum xəttini gücləndirəcək əsas oyunçu kimi dəyərləndirdiyi bildirilir.
Məlumata əsasən, “Marsel” Qrinvud üçün təxminən 50 milyon avro tələb edir. Fransa klubu ilə futbolçu arasında problemlərin olduğu və onun mövsümün sonunda komandadan ayrılmağa yaxın olduğu iddia edilir.
Qrinvud bu mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 44 oyuna çıxıb. İngiltərəli hücumçu bu matçlarda 26 qol vurub və 10 məhsuldar ötürmə edib. “Marsel”lə müqaviləsi 2029-cu ilə qədər davam edən futbolçu Avropanın bir neçə klubunun diqqət mərkəzindədir.