BAKI, 16 may. TELEQRAF
“Barselona” La Liqanın növbəti turunda “Betis”lə oyuna itkilərlə çıxa bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin hücumçusu Markus Reşford və yarımmüdafiəçisi Frenki de Yonq komanda məşqini buraxacaq. Hər iki futbolçunun “Betis”lə görüşdə iştirak edib-etməyəcəyi hələlik dəqiq deyil.
Reşford bu mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. De Yonq isə 37 matçda forma geyinib, 1 qol vurub və 8 assist edib.
Qeyd edək ki, “Barselona” mayın 17-də La Liqanın 37-ci turunda “Betis”i qəbul edəcək. Görüş Bakı vaxtilə saat 23:15-də başlayacaq.