BAKI, 16 may. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXXII tur davam edir.

Teleqraf xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutacaq.

"Qarabağ" doğma meydanda "İmişli"ni qəbul edəcək. Saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Əmin Əliyev idarə edəcək.

"Turan Tovuz" isə səfərdə "Şamaxı"nı qəbul edəcək. Rəvan Həmzəzadənin idarə edəcəyi görüş Şamaxı şəhər stadionunda saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.