BAKI, 15 may. TELEQRAF
Qırğızıstanlı qarışıq döyüş növləri (MMA) idmançısı Medet Jeenaliev İssık-Kul gölündə boğulan uşaqları xilas edərkən həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə güclü dalğalar səbəbindən boğulmağa başlayan iki qızı xilas edərkən baş verib. 30 yaşlı idmançı ilə birlikdə xilasetmə əməliyyatında onun dostu da iştirak edib.
Dostu və uşaqlar sağ qalsa da, Jeenaliev suda boğulub.
Qeyd edək ki, Medet Jeenaliev 2017–2019-cu illərdə MMA ilə məşğul olub, dörd döyüş keçirib və onlardan ikisində qələbə qazanıb.