BAKI, 14 may. TELEQRAF
Türkiyə Superliqası təmsilçisi “Fənərbağça” heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, İstanbul klubu “Aston Villa”nın qapıçısı Emiliano Martinez ilə yaxından maraqlanır.
"Sarı-lacivərdlilər” argentinalı qolkiperi Edersonun əvəzedicisi olaraq görür. 33 yaşlı futbolçunun özü də Premyer Liqa təmsilçisindən ayrılmağı planlaşdırır.
Qeyd edək ki, Emiliano Martinez karyerası ərzində "Arsenal", "Xetafe", "Vulverhempton" və "Ridinq" kimi komandalarda da çıxış edib.