BAKI, 14 may. TELEQRAF

Superliqa təmsilçisi “Fənərbağça” seçkili ümumi yığıncağın tarixində dəyişiklik edib.

Teleqraf xəbər verir ki, klub daha əvvəl 6-7 iyun 2026-cı il tarixlərində keçirilməsi gözlənilən seçkili ümumi yığıncağın 29-30 may 2026-cı il tarixlərində baş tutacağını açıqlayıb.

Bildirilib ki, ilk iclasda yetərsay əldə olunmazsa, Baş Assambleya 6-7 iyun 2026-cı il tarixlərində eyni yer və saatda yenidən toplanacaq.

Baş Assambleyada iştirak etmək hüququ olan üzvlərin ümumi sayı 44 741 nəfərdir.

Qeyd edək ki, prezidentlik uğrunda əsas mübarizənin Aziz Yıldırım və Hakan Safi arasında keçəcəyi gözlənilir.