BAKI, 14 may. TELEQRAF

PSJ Fransa çempionatının qalibi olub.

Teleqraf xəbər verir ki, Paris təmsilçisi səfərdə “Lans”ı 2:0 hesabı ilə məğlub edərək mövsümün başa çatmasına bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Oyunda qolları 19-cu dəqiqədə Xviça Kvaratsxeliya və 90+4-cü dəqiqədə İbrahim Mbaye vurublar.

PSJ ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə Fransa çempionu olub.

Qeyd edək ki, PSJ cari mövsümdə UEFA Çempionlar Liqasının da qalibi olmaq uğrunda mübarizəni davam etdirir. Paris təmsilçisi mayın 30-da Budapeştdə keçiriləcək finalda İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.