BAKI, 14 may. TELEQRAF

İtaliyanın “İnter” klubu futbol üzrə ölkə kubokunun qalibi olub.

Teleqraf xəbər verir ki, final oyununda Milan təmsilçisi Romanın “Latsio” klubunu 2:0 hesabı ilə məğlub edib.

Görüşdə ilk qol 14-cü dəqiqədə qeydə alınıb. “Latsio”nun futbolçusu Adam Maruşiç topu öz qapısından keçirib. 35-ci dəqiqədə isə Lautaro Martines fərqlənərək hesabı artırıb.

Bununla da “İnter” tarixində 10-cu dəfə İtaliya Kubokunun sahibi olub və bu göstəricidə ikinci pilləyə yüksəlib.