BAKI, 14 may. TELEQRAF

Ukrayna Premyer Liqasının XXVIII turunda keçirilən “Şaxtyor” – “Obolon” matçı hava hücumu həyəcanı səbəbindən üç dəfə dayandırılıb.

Teleqraf xəbər verir ki, artıq çempionluğu təmin edən Arda Turanın komandası “Obolon”u qəbul edib.

Saat 18:00-da başlamalı olan qarşılaşma hava hücumu həyəcanı səbəbindən 45 dəqiqə gec başlayıb.

Matçın 18-ci dəqiqəsində sirenlər yenidən səslənib. Bu səbəbdən futbolçular və hakimlər paltardəyişmə otağına yollanıblar. Qarşılaşma saat 20:15-də bərpa olunub.

Oyunun 25-ci dəqiqəsində üçüncü dəfə hava hücumu həyəcanı elan edilib və görüş yenidən dayandırılıb.

Fasilələrlə davam edən matç yekunda “Şaxtyor”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.