BAKI, 13 may. TELEQRAF

Türkiyə Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Teleqraf xəbər verir ki, “Trabzonspor” səfərdə “Gençlerbirliği”nin qonağı olub.

Qarşılaşmada hesabda geri düşən Trabzon təmsilçisi əzmkar qələbə qazanaraq finala yüksəlib - 1:2.

Beləliklə, “Trabzonspor” finalda “Konyaspor”la üz-üzə gələcək.

Qeyd edək ki, mayın 22-də Antalyada keçiriləcək həlledici görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.