BAKI, 13 may. TELEQRAF
“Neftçi”nin qadınlardan ibarət komandası Yüksək Liqada növbəti uğura imza atıb.
Teleqraf xəbər verir ki, “ağ-qaralar” ölkə çempionatında ardıcıl üçüncü dəfə qızıl medallara sahib çıxıb.
Baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bakı təmsilçisi səfərdə “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edərək ən yaxın izləyiciləri üçün əlçatmaz olub.
Bu nəticə ilə “Neftçi” növbəti dəfə qadınlar arasında UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil etmək hüququ qazanıb.