BAKI, 13 may. TELEQRAF

İstanbulda alış-veriş mərkəzində "Qalatasaray"ın futbolçusu Lukas Torreyraya hücumu edən şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, prokurorluq tərəfindən ifadəsi alınan şübhəlini məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Beyoğlunda bir kafenin qarşısında bir nəfər "Qalatasaray"ın futbolçusu Lukas Torreyranı yumruqla vurub.

Zərbə nəticəsində futbolçunun sol gözünün üstü şişib.

Saxlanılan şəxsə "qəsdən xəsarət yetirmə" maddəsi ilə cinayət işi açılıb.