BAKI, 13 may. TELEQRAF
İsveç millisinin 2026-cı il dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.
Teleqraf.az xəbər verir ki, baş məşqçi Qraham Potter 26 nəfərlik siyahıya bir sıra tanınmış futbolçuları daxil etməyib.
“Tottenhem”in yarımmüdafiəçisi Deyan Kulusevski və “Barselona”nın cinah oyunçusu Runi Bardji İsveç millisinin heyətindən kənarda qalıb.
İsveç millisinin açıqlanan heyəti belədir:
Qapıçılar: Viktor Yohansson (“Stok Siti”), Kristoffer Nordfeldt (AIK), Yakob Videll Zetterström (“Derbi Kaunti”).
Müdafiəçilər: Hjalmar Ekdal (“Bernli”), Qabriel Qudmundsson (“Lids Yunayted”), İsak Hien (“Atalanta”), Emil Holm (“Bolonya”), Qustaf Lagerbielke (“Braqa”), Viktor Lindelöf (“Aston Villa”), Erik Smit (“Sent-Pauli”), Karl Starfelt (“Selta”), Elli S. (“Borussiya Dortmund”).
Yarımmüdafiəçilər: Taha Əli (“Malmö”), Yasin Ayari (“Brayton”), Lukas Berqval (“Tottenhem”), Yesper Karlström (“Udineze”), Bencamin Nyqren (“Seltik”), Ken Sema (“Pafos”), Mattias Svanberq (“Volfsburq”), Besfort Zeneli (“Unil”).
Hücumçular: Aleksandr Bernhardsson (“Holşteyn Kil”), Entoni Elanqa (“Nyukasl Yunayted”), Viktor Qyökeres (“Arsenal”), Aleksandr İsak (“Liverpul”), Qustaf Nilsson (“Brügge”).
Qeyd edək ki, İsveç millisi dünya çempionatında Tunis, Niderland və Yaponiya ilə birlikdə F qrupunda yer alıb. Komanda turnirə hazırlıq çərçivəsində iyunun 1-də Norveç, iyunun 4-də isə Yunanıstanla yoldaşlıq oyunu keçirəcək.