BAKI, 13 may. TELEQRAF

Bu gün Türkiyə Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Teleqraf.az xəbər verir ki, “Gençlerbirliyi” doğma meydanda “Trabzonspor”u qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

“Trabzonspor” səfərdə qalib gələrək finala yüksəlməyə çalışacaq. “Gençlerbirliyi” isə doğma meydanda favorit rəqibini mübarizədən kənarlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, "Konyaspor" səfərdə "Beşiktaş"ı (0:1) məğlub edərək finala yüksəlib.