BAKI, 12 may. TELEQRAF

“Oviedo” İspaniya 2025/2026 mövsümünün nəticələrinə əsasən La Liqanı tərk edib.

Teleqraf xəbər verir ki, bu, 35-ci turda “Rayo Valyekano” ilə “Jirona” arasında baş tutan (1:1) oyundan sonra rəsmiləşib.

Hazırda turnir cədvəlinin 20-ci pilləsində qərarlaşan “Oviedo”nun aktivində 29 xal var və komanda artıq 17-ci pillədə olan “Jirona”nı (39 xal) keçmək şansını itirib.

Xatırladaq ki, bu mövsüm “Oviedo” üçün 2001-ci ildən sonra La Liqada ilk iştirak idi.