Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində 17 may saat 18:00-da keçiriləcək “Sabah” – “Neftçi” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Turnirin qalibi adını qazanmış “Sabah” futbol klubuna çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.