BAKI, 11 may. TELEQRAF

“Arsenal” klubu özünün bir mövsümdə ən çox qələbə qazanan komanda rekordunu yeniləyib.

Teleqraf xəbər verir ki, Premyer Liqanın XXXVI turunda “Vest Hem” üzərində 1:0 hesablı qələbə qazanan London təmsilçisi 2025/2026 mövsümündə bütün turnirlərdə 42-ci qələbəsini rəsmiləşdirib.

Bununla da “Arsenal” klub tarixinin rekordunu yeniləyib. Komandanın əvvəlki göstəricisi 1970/1971 mövsümündə qeydə alınmış 41 qələbə idi.

Hazırda “Arsenal” 36 oyundan sonra 79 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.