BAKI, 11 may. TELEQRAF
“Real Madrid”in hücumçusu Kilian Mbappe zədəsi səbəbindən “Barcelona” ilə keçirilən oyunu buraxıb.
Teleqraf xəbər verir ki, fransalı futbolçunun durumunun yaxşılaşdığı və “El-Klassiko” öncəsi heyətə qayıda biləcəyi bildirilib. Məlumata görə, matçdan bir gün əvvəl keçirilən məşq zamanı Mbappenin ehtiyat oyunçular skamyasında əyləşəcəyi planlaşdırılıb. Lakin o, bir neçə dəqiqə sonra özünü narahat hiss etdiyini deyərək məşqi yarımçıq tərk edib.
Bu səbəbdən 26 yaşlı hücumçu oyunun iştirak ərizəsinə daxil edilməyib. Madrid təmsilçisi səfərdə katalonlara 0:2 hesabı ilə məğlub olub və rəqibinin çempionluğu vaxtından əvvəl təmin etməsinin qarşısını ala bilməyib.