BAKI, 10 may. TELEQRAF

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın istefaya hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi komandanın “Trabzonspor”a 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Türkiyəli mütəxəssis komandanın son illərdə uğursuz çıxış etdiyini bildirərək məsuliyyəti üzərinə götürdüyünü söyləyib. O, azarkeşlərin istefa çağırışlarına hörmətlə yanaşdığını vurğulayıb:

“Beşiktaş” 5 mövsümdür pis vəziyyətdədir. Kimsə bunun hesabını verməlidir. Hazırda burada olduğum üçün məsuliyyəti mən daşıyıram. Azarkeşlər istefa deyə qışqırırsa, klubun mənafeyi naminə istefa verməyə hazıram. Heç nədən qaçmaram. “Get” desələr, gedərik”.