BAKI, 9 may. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXXI tur davam edir.
Teleqraf xəbər verir ki, bu gün 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələ şəhər stadionunda start götürəcək. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Ağdam təmsilçisi 3 xal qazanacağı təqdirdə ən yaxın rəqibi “Turan Tovuz” ilə xal fərqini 9-a çatdıracaq. Düşmə zolağında olan “Qəbələ” isə evdə xal qazanaraq rəqiblərini üstələməyə çalışacaq.
Günün digər qarşılaşması Sumqayıtda baş tutacaq. “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.
“Gənclik şəhəri” təmsilçisi 38 xalla 7-ci, Naxçıvan klubu isə 40 xalla 6-cı pillədə qərarlaşıb.