BAKI, 8 may. TELEQRAF

“Real Madrid”in müdafiəçisi David Alaba agenti Pini Zahavi tərəfindən “Yuventus” və “Milan”a təklif olunub.

Teleqraf Corriere dello Sport nəşrinə istinadən xəbər verir ki, avstriyalı futbolçunun La Liqa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatdığından o, yeni klub axtarışındadır.

Bundan başqa, 31 yaşlı müdafiəçi MLS və Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsindədir. Həmçinin “Zaltsburq” Alabanın transferini nəzərdən keçirir.

Qeyd edək ki, cari mövsümdə zədələrlə yadda qalan Alaba bütün turnirlərdə cəmi 14 oyunda meydana çıxıb.