BAKI, 8 may. TELEQRAF

"Bizim üçün Azərbaycan Premyer Liqasının çempionu olmaq böyük mükafat idi. Ancaq başqa bir titul da var. Ölkə kubokunu da qazanmağa çalışacağıq. Bunu etsək, bizim üçün fantastik, tarixi nəticə olacaq".

Bu sözləri “Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib.

Mütəxəssis "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu barədə fikirlərini bölüşüb:
“Hər kəs bu tarixin, uğurun bir parçası olmaq istəyir. Bu matçlarda xırda detallar qalibi müəyyən edir. “Zirə” bizi təəccübləndirə bilər. Amma elə dönəmdəyik ki, buna yer yoxdur. Çünki rəqibi çox yaxşı tanıyırıq. Onların nələr edə biləcəyini bilirik. Lakin final matçında psixoloji amil və fərdi mübarizələr də önəmlidir. Çox yaxşı oyun olacağını düşünürəm. Azarkeşləri final günü stadiona dəvət edirəm. Kuboku qazanacağımıza ümid edirəm".

Ətraflı video: