BAKI, 8 may. TELEQRAF
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer karyerasını “Mançester Yunayted”də davam etdirmək niyyətindədir.
Teleqraf “Daily Mail”ə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi hələ 2025-ci ilin yayında “qırmızı şeytanlar”a keçmək istəyib.
Hazırda isə Mançester təmsilçisi bu transferdə maraqlı olarsa, Palmer danışıqları bərpa etməyə hazırdır.
Qeyd edək ki “Mançester Siti” akademiyasının yetirməsi olan Palmer 2023-cü ilin sentyabrında “Çelsi”yə transfer olunub. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.