BAKI, 7 may. TELEQRAF

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinin ən yaxşı oyunçusu bəlli olub.

Teleqraf xəbər verir ki, bu ada "Arsenal"da çıxış edən Deklan Rays layiq görülüb.

İngiltərəli yarımmüdafiəçi UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda PSJ-nin müdafiəçisi Vilyan Paçonu qabaqlayıb.

Qeyd edək ki, Deklan Rays "Arsenal"ın "Atletiko"nu 1:0 hesabı ilə məğlub etdiyi matçda 90 dəqiqə meydanda olub.