BAKI, 7 may. TELEQRAF

“Bu, tamamilə fərqli təcrübədir”.

Teleqraf xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunm IV minifutbol turnirində jurnalistlərə açıqlamasında deyib.

“Hökumət” komandasını təmsil edən nazir turnirin təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib:

“Böyük zallarda və auditoriyalarda çıxış etmişəm, amma bu gün azarkeşlər önündə futbol oynamaq mənə daha məsuliyyətli gəldi. “Parlament” və “Hökumət” arasında oyun çox maraqlı alındı. İnanıram ki, izləyicilər üçün də fərqli bir təcrübə idi. Belə günlərdə fərqli peşə sahiblərinin həm Parlament üzvlərinin, həm Nazirlər Kabineti təmsilçilərinin bir araya gəlib birlik nümayiş etdirməsi təqdirəlayiqdir”.

Qeyd edək ki, “Hökumət” və “Parlament” komandaları araaında baş tutan yoldaşlıq görüşü 6:6 hesablı bərabərliklə yekunlaşıb.