BAKI, 18 aprel. TELEQRAF
“Elvin Cəfərquliyevi bağışlamaq olarmı? Hələ bilmirəm. Bu günə qədər bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, futbolçu kimi səhv etmişik, cərimələnmişik. Amma bundan nəticə çıxarmışıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Q.Qurbanov bildirib ki, bəzən futbolçular ağır yükü anlaya bilmir: "Məğlubiyyəti necə qəbul edir, yaşam tərzi necədir və sair, qarşıya baxacağıq. Bu kimi çox bağışladığımız olub".
Mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
“Sabah” layiqli qələbə qazandı. Komandanın nizam-intizamını geri qaytarmalıyıq. Son dövrlər bu baxımdan çatışmazlıqlar vardı. Qaydasına qoymağa çalışırıq. Səbəbini demək istəmirəm. Komanda yorulursa, onu yenidən toplamalıyıq. Sanki birgə məşq etməyə ehtiyacımız vardı. Bu, bəhanə deyil. Bu gün “Sabah” daha yaxşıdır, hazırdır. Kollektivdə yorğunluq var. Bir məşqçi olaraq bunu normal qəbul edərək qarşıya baxır və bunları aradan qaldırmağa çalışırıq”.
Qurbanov Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərməyi ilə bağlı da danışıb:
“İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq. İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağrsın-bu çağırsın... ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, "Qarabağ" klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu günkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə oyunçularımı daha da incələməliyəm, yaşam tərzini, ya hərtərəfli..
Futbol elə oyundur ki, stabil oynamaq lazımdır. Sonda günahkar məşqçi olur. Hər bir halda məşqçi olaraq onların əziyyətini yerə vurmaram. Çempionatda məğlub ola bilərik. Amma uduzsaq da mən oyundan razı qalmalıyam. Bu gün isə oyundan razı qalmadım. Bəlkə də, oyunçularımın yaşam tərzini hərtərəfli incələməliyəm.
Mütəxəssis Sami Mmaenin "Dinamo"ya geri qayıdıb- qayıtmaması barədə sualı belə cavablandırıb: “Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki bir-birimizə etirazımız yoxdur”.
Bir neçə gün əvvəl doğum gününü qeyd edən Qurbanov özünə nə arzu etdiyi ilə bağlı sualı belə cavablandırıb:
“Doğum gününə görə özümə nəsə arzu etmirəm. Allahıma şükür etmişəm ki, dünyaya gəlmişəm, yaşayıram. Sağlamlıq arzulayıram həmişə.