BAKI, 4 noyabr. TELEQRAF
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, Paris təmsilçisi turnirin Liqa mərhələsinin IV turunda İspaniyanın “Vilyarreal” komandasına qarşı səfər oyununda ilk 17 dəqiqə ərzində dörd qol vurub.
Bununla da PSJ Çempionlar Liqası tarixində matçın başlanğıcından ən qısa müddətdə dörd qol vuran komanda olub.
Əvvəlki rekord Madrid “Real”ına məxsus idi. İspaniya nəhəngi 2011-ci ilin noyabrında Zaqreb “Dinamo”su ilə qarşılaşmada ilk 20 dəqiqədə dörd dəfə fərqlənmişdi.
PSJ-nin heyətində qolları Joau Neveş (9-cu dəqiqə), Dezire Due (12), Senni Meyülü (13) və Fabian Ruis (17) vurublar.
Paris klubunun qapısını rusiyalı qolkiper Matvey Safonov qoruyub.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının son iki mövsümünün qalibidir.