BAKI, 7 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını Felipe Santos (7-ci dəq), Hamidu Keyta (26) vurublar. Qonaqların heyətində isə Velko Simiç (13), Coy-Lens Mikels (37, 63) və Kahim Parris (81) fərqləniblər.

Bu nəticədən sonra Valdas Dambrauskasın komandası 63 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib. Andrey Demçenkonun kollektivi isə 38 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarında “İmişli” “Turan Tovuz”la, “Zirə” “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.

Turun digər oyunlarında “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub, “Qarabağ” isə “Karvan”ı (7:0) məğlub edib.