BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXVI turunda “İmişli” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə qolları Dioqo Kardozo (45-ci dəq.) və Mark Rene Mampassi (53-cü dəq.) vurublar.
Bu nəticədən sonra Kurban Berdıyevin kollektivi 49 xalla turnir cədvəlinin 3-cü pilləsində, Jorj Kaşkilyanın komandası isə 23 xalla 9-cu pillədə qərarlaşıb.