BAKI, 7 aprel. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubu “Brentford”un futbolçusu Mikael Kayode hey'ətinə qatmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın Sport nəşri məlumat yayıb.

"Şəhərlilər” 21 yaşlı müdafiəçi üçün rəsmi təklif hazırlayır.

Bununla yanaşı, “Mançester Yunayted” və “Nyukasl” klubları da futbolçu ilə maraqlanır.

“Brentford” Kayode üçün təxminən 57,5 milyon avro istəyir. Transfermarkt portalına əsasən isə italiyalı müdafiəçinin bazar dəyəri 27 milyon avrodur.