BAKI, 6 aprel. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu yay fasiləsində Almaniya təmsilçisi “Bavariya”nın futbolçusu Maykl Oliseni heyətinə qatmaq istəyir.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu hazırda 25 yaşlı oyunçu üçün tezliklə hərəkətə keçəcək.

Mümkün transferin məbləğinin təxminən 200 milyon avro olacağı bildirilir.

Qeyd olunur ki, Olisen 2024-cü ildə “Kristal Pelas”dan “Bavariya”ya keçib.