BAKI, 4 aprel. TELEQRAF

Futbol üzrə Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Lövün yeni iş yeri müəyyənləşmək üzrədir.

Teleqraf xarici mediaya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Qana millisini çalışdırmağa çox yaxındır.

Hazırda tərəflər arasında danışıqlar getdiyi, razılıq əldə olunacağı halda Lövün həftəyə 150 min avro maaş alacağı bildirilir.

Qeyd edək ki, Löv 2021-ci ildə Almaniya millisinin "sükanı arxası"ndan ayrılıb.