BAKI, 3 aprel. TELEQRAF
Klublara stadionların standartlara uyğunluğu baxımdan tələblərin sərtləşdirilməsi müzakirə mövzusudur.
Teleqraf xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr aparılır ki, klublar ev oyunlarını təmsil olunduqları bölgədə keçirsinlər.
Qurum rəhbəri Premyer Liqada iştirak edən klublarının sayının artırılmasının tezliklə müzakirə oluna biləcəyini deyib. O, bunun üçün ilk növbədə stadion məsələləri həll olunmalı olduğu vurğulayıb.