BAKI, 3 aprel. TELEQRAF
2024/25-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında 127 legioner futbolçu çıxış edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bu legionerlərdən çoxu Braziliyadan (20) olub.
İkinci və üçüncü sıranı isə Portuqaliya və Rusiya bölüşür. Hər iki ölkədən ölkəmizdə 11 legioner futbolçu çıxış edib.
119 azərbaycanlı futbolçunun çıxış etdiyi Premyer Liqada 6 legioner İspaniya və Fransadan, 5-i Gürcüstandan, eyni sayda Serbiya və Ukrayndan olub.