BAKI, 2 aprel. TELEQRAF

İtaliyanın “Roma” klubunun ulduz futbolçusu Paulo Dybala ilə bağlı yeni transfer iddiası ortaya atılıb.

Teleqraf "UOL Esportei"yə istinadən xəbər verir ki, daha əvvəl “Fənərbağça” və “Qalatasaray”ın maraqlandığı argentinalı hücumçuya Braziliyadan da təklif var.

“Flamenqo” klubu Dybala ilə əlaqə saxlayıb və ona 4 illik müqavilə təklif etməyə hazırlaşır.

Zədə problemlərinə görə “Roma”da gələcəyi qeyri-müəyyən olan 32 yaşlı futbolçu ilə “Boka Xuniors” da maraqlanır.

Qeyd edək ki, Dybala cari mövsümdə “Roma”nın heyətində 22 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.