BAKI, 31 mart. TELEQRAF

UEFA Millətlər Liqasında C və D divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Teleqraf xəbər verir ki, Latviya millisi Cəbəllüttariqi 1:0 hesabı ilə məğlub edib.

İlk oyunda da eyni hesab qeydə alındığından (1:0), iki oyunun cəminə görə 2:0 üstün olan Latviya C Liqasının ikinci qrupunda mübarizə aparacaq. Cəbəllüttariq isə D Liqasının birinci qrupunda çıxış edəcək.

Lüksemburq millisi isə Maltanı 3:0 hesabı ilə məğlub edib. İlk görüşdə də 2:0 qalib gələn Lüksemburq, ümumi hesabda 5:0 üstünlüklə C Liqasının dördüncü qrupunda yer alacaq. Malta isə D Liqasının birinci qrupunda mübarizə aparacaq.