BAKI, 29 mart. TELEQRAF

ABŞ-də qadın futbolu tarixinin ən bahalı müqaviləsi imzalanıb.

Teleqraf xəbər verir ki, “San-Dieqo Veyv” klubu İngiltərə təmsilçisi “Çelsi”nin hücumçusu Katarina Makario ilə 2030-cu ilin sonuna qədər anlaşıb.

Müqavilənin ümumi dəyəri 8 milyon dollar təşkil edir ki, bu da qadın futbolu tarixində ən böyük göstəricidir.

Qeyd edək ki, Makario karyerası ərzində “Lion” və “Çelsi”də çıxış edib. Hücumçu eyni zamanda ABŞ milli komandasının üzvüdür.