BAKI, 21 mart. TELEQRAF

İngiltərənin "Milluoll" klubu ev oyunlarını keçirdiyi "Den" stadionu və ətrafındakı ərazilər üçün Luişem şəhər şurası ilə 999 illik icarə müqaviləsi imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Miluoll”un prezidenti Ceyms Berilson bu anı "tarixi dönüm nöqtəsi" adlandırıb. Yeni müqavilə nəinki stadionun qorunmasını, həm də ətraf ərazilərdə yaşayış binalarının tikintisi, infrastrukturun yenilənməsi və stadionun tutumunun gələcəkdə 20 mindən 34 minə qədər artırılması üçün hüquqi zəmin yaradır.

Qeyd edək ki, Çempionşipdə mübarizə aparan “Milluoll" hazırda 68 xalla 4-cü pillədə qərarlaşıb.