BAKI, 12 mart. TELEQRAF

İsveç Futbol Federasiyası milli komandanın baş məşqçisi Qrem Potter ilə müqavilənin müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı ingiltərəli mütəxəssisin yeni sözləşməsi 2030-cu il iyulun 31-nə qədər nəzərdə tutulub.

"Çelsi"nin sabiq baş məşqçisi İsveç yığmasına 2025-ci ilin oktyabrında gəlib. Onun rəhbərliyi altında komanda keçirdiyi iki oyunda İsveçrəyə məğlub olub (1:4) və Sloveniya ilə heç-heçə edib (1:1).

Qeyd edək ki, İsveç millisi martın 26-da DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsində Ukrayna ilə qarşılaşacaq. Bu cütün qalibi Polşa - Albaniya matçının qalibi ilə üz-üzə gələcək.