BAKI, 6 mart. TELEQRAF
İtaliya millisinin sabiq futbolçusu Cakomo Bonaventura karyerasını bitirib.
Teleqraf xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.
Bonaventuranın son klubu Səudiyyə Ərəbistanının "Əl-Şabab" komandası olub. O, karyerası ərzində "Atalanta", "Milan" və "Fiorentina" kimi tanınmış klublarda çıxış edib.
"Milan"ın heyətində 2016-cı ildə İtaliya Superkubokunu qazanan yarımmüdafiəçi İtaliya yığmasında keçirdiyi 18 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.