BAKI, 28 fevral. TELEQRAF

FIFA yayda keçiriləcək dünya çempionatı zamanı irqçiliyə qarşı mübarizə kampaniyalarını bərpa etmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumatın yayıb.

Mənbənin məlumatına görə, qurum ötən il ABŞ-də təşkil olunan klublararası dünya çempionatı zamanı bu cür təşəbbüslərin miqyasını azaltdığına görə tənqidlərlə üzləşib və həmin yanaşmanın yanlış olduğunu etiraf edib.

Yeni plana əsasən, dünya çempionatının keçiriləcəyi stadionlarda “İrqçiliyə yox”, “Sülh üçün birləşək” və “Dünyanı birləşdirək” şüarları geniş şəkildə nümayiş olunacaq. FIFA rəsmiləri bildiriblər ki, qlobal turnirlərdən mühüm maarifləndirici mesajların çatdırılması üçün istifadə etmək böyük əhəmiyyət kəsb edir. Bu addım həm futbolda, həm də cəmiyyətdə irqçilik və ayrı-seçkilik problemlərinə qarşı fərqindəliyi artırmağa xidmət edəcək.