BAKI, 26 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, ölkə başçısı İtaliyada “Yuventus”u iki oyunun nəticəsinə görə 7:5 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdıran komanda üzvlərinə təbriklərini telefon zəngi vasitəsilə çatdırıb.

Həmin anın videosunu təqdim edirik: